top of page

Dərzi peşəsi ilə Tikişçi peşəsi arasındakı fərqli cəhətlər!

Tikişçi və dərzi peşəsi günümüzün ən aktual peşələrindən biridir. Tikişçi və Dərzi peşələri  bir birilərinə bənzəsələrdə onlar arasında bəzi fərqlər mövcuddur. Gəlin birlikdə Tikişçi və dərzi peşələri arasındakı fərqlərə baxaq.

Dərzi peşəsi ilə məşğul olan şəxslər əsasən paltarların hazırlanması, ölçülməsi, uyğunlaşdırılması və düzəldilməsi işləri ilə məşğuldur. Müştərinin tələblərinə uyğun olaraq dərzi fərdi geyimlərin dizaynını və tikilişini təşkil edir. Dərzi müştərilərin tələblərinə uyğun tikiş ilə yanaşı geyim üzərində təmir işlərinədə cavabdehdir. Müştərilərin istəklərinə görə dərzi şalvar, ətək, köynək, gödəkçə, gəlinlik paltarı, və s. hazırlaya bilir.


dərzi

Tikişçi geyimlərin müxtəlif hissələrinin birləşdirilməsi, kəsilməsi və tikilməsi işləri ilə məşğuldur. Daha çox tikişçilər fabriki və ya kütləvi istehsal şəraitində, standart naxışlara əsaslanaraq iş görür.Tikişçilərin işi əsasən təkrarlanan bir işdir. Tikişçi dərziyə nisbətən daha az yaradıcıdır. Tikişçi peşəsi dərzi peşəsindən  fərqli olaraq sadəcə düz tikiş tikə bilir. Tikişçilər ancaq ona biçilib verilən parçaları tikə bilir. Bunada ən çox tekstil məhsulları aid ola bilər. Dərzi peşəsində parçanı biçib, modelləşdirmək bacarığı tələb olunsada, tikişçi peşəsində buna ehtiyac yoxdur. Tikişçinin əsas məsuliyyəti yalnız paltarı tikməkdən ibarətdir. Həmçinin dərzi paltarı ölçüb, biçsədə, tikişçinin paltarı ölçüb - biçmək kimi bacarığı olmayada bilər. Tikişçi və dərzi birlikdə işləyə bilərlər. Paltarın tikiş prosesini gözümüzün önündən keçirtsək, ilk öncə dərzi tikiləcək geyimin ölçüsünü dəqiqləşdirir, modelləşdirir, daha sonra isə biçib, tikişçiyə təqdim edir.  

tikişçi
tikişçi

Qısaca, dərzi daha çox fərdi geyimlər hazırlayan və uyğunlaşdıran bir peşə növüdür, tikişçi isə kütləvi istehsalda yalnız tikiş işləri ilə məşğuldur. 

Yorumlar

Share Your ThoughtsBe the first to write a comment.
bottom of page